Son zamanlar məşhurlaşan

Bu tipli evlər daha çox bölgələrdə kirayə məqsədilə verilir. Hotel konseptli yığcam olduğu üçün çox effektivdir. Tikinti məsələləri üzrə ekspert Şaiq Hüseynlinin fikrincə, əslində bu evlər daimi yaşayış üçün deyil, qonaq evləri və turizm məqsədilə istifadə edilən evlərdir.

Ekspert onu da bildirib ki, "A-Frame" evlərin yay və qış aylarında heç bir problemi yoxdur. Əgər normal tikinti şirkəti normal tikinti texnologiyasına əməl edibsə, izolyasiya xətlərini nəzərə alıbsa istiyə və soyuğa davamlıdır.

Orta hesabla "A-Frame" evlərin tikintisinə 1 kvadrat metri üçün 540-610 manat arası qiymət dəyişir. Burada kvadrat anlayışı kürsüdən asılı olaraq dəyişir. Əgər 1 "A-Frame" götürsək ki, 1-ci mərtəbəsi 56 kvadrat metrdir, ikinci mərtəbə A-nın get-gedə həndəsi formasında azaldığına görə yuxarı mərtəbə ən minimumu 50-60 faizini təşkil edir. Yəni bu 56 kvadrat metrlik evin 60%-i təxminən 33 kvadrat metr edir və toplam sahə 89 kvadrat metr olacaq.

Qiymətini tapmaq üçün 89 kvadrat metri orta hesabla 610 manata vurmaq lazımdır.

Yekunda bir "A-Frame" ev sizə 50-55 min manata başa gələ bilər.

x
Whatsapp

Mənə zəng et

Sualınız var? Nömrənizi daxil edin, biz sizə zəng edək.