- LAYİHƏLƏNDİRMƏ
- Layihələndirmə tikinti prosesinin ilkin mərhələsidir. Şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir, həmçinin layihələndirmə prosesinə xüsusi diqqət yetiririk. Layihələndirmə mərhələsində tikiləcək binanın tam və ətraflı təsvirini təqdim edir, bütün incəlik və xüsusiyyətləri nəzərə alaraq müştərilərin tələblərinə cavab verəcək işi ərsəyə gətiririk.
- Layihələndirmə mərhələsində əsas məqsəd həyata keçiriləcək yenilənmə işlərinin layihəsini hazırlamaq və təhlükəsizlik tədbirləri üzərinə daha çox diqqət ayırmaqdır. Layihənin icrası zamanı sifarişçinin tapşırıqları, tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin spesifik vəziyyəti nəzərə alınır. Nəticədə, müvafiq bir layihə hazırlanır və bu sənəd əsasında tikinti prosesi həyata keçirilir.
- Eskiz layihə - mövcud tikiliyə (fərdi yaşayış evi, qeyri yaşayış obyekti) çıxarış (küpça) almaq üçün Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (BTİ) tələb etdiyi ilkin sənəd növüdür.
- Eskiz Layihə (memarlıq-planlaşdırma bölməsi) tikintiyə başlamaq üçün İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tələb etdiyi ilkin sənəd növüdür.
- Eskiz Layihə (memarlıq-planlaşdırma bölməsi) lisenziyalı və möhürlüdür.